Press "Enter" to skip to content

Bu, büdcə daxilolmalarının 8,9 faizini təşkil edəcək

Naxçıvan

Son yeniləmə: 23 Noyabr 2024 11:58

BAYRAQDAR MEDİA – 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalara əsasən fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 46 milyon 876 min manat proqnozlaşdırılır.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirədəki çıxışında deyib.

O, bildirib ki, bu da büdcə daxilolmalarının 8,9 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 milyon 876 min manat və ya 9 faiz artıq nəzərdə tutulur: “Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 17 milyon manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 3,2 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 milyon 800 min manat və ya 28,8 faiz artıq nəzərdə tutulur. Əlavə dəyər vergisi üzrə daxilolmalar 60 milyon 760 min manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 11,5 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 8 milyon 260 min manat və ya 15,7 faiz artıq nəzərdə tutulur”.

Nazir vurğulayıb ki, sadələşdirilmiş vergi üzrə daxilolmalar 5 milyon manat proqnozlaşdırılır: “Bu da büdcə daxilolmalarının 1 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 500 min manat və ya 11,1 faiz artıq nəzərdə tutulur. Aksiz vergisi üzrə daxilolmalar 50 milyon 488 min manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 9,6 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə eyni səviyyədədir. Dövlət rüsumu üzrə daxilolmalar büdcə daxilolmalarının 1,3 faizini təşkil etməklə 7 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 573 min manat və ya 8,9 faiz çoxdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.