Press "Enter" to skip to content

Avrasiya elmi araşdırma və innovasiyalar konfransı

Konfransdan görüntü

Son yeniləmə: 23 Noyabr 2024 14:51

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzi (İSARC) və Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar” konfransı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “hibrid formada keçirilən konfransın plenar iclasında MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov açılış nitqi ilə çıxış edərək, kitabxananın yaranma tarixi, fondları, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Direktor plenar iclasın canlı keçirildiyi Qarabağ müharibəsi Qəhrəmanları fondunda I və II Qarabağ müharibələri, Aprel və Tovuz döyüşlərinin, antiterror əməliyyatlarının iştirakçıları, qazi və şəhidləri haqqında məlumatların toplandığı, eləcə də 44 günlük Vətən müharibəsi, Qarabağın tarixi-etnoqrafik, mədəni-ədəbi həyatı haqqında yazılan çoxsaylı dəyərli kitabların qorunduğunu iştirakçıların nəzərinə çatdırıb və konfransın işinə uğurlar arzulayıb”.

Daha sonra xəbərdə, “İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru, Dr. Əlvan Cəfərov və konfransın qrup rəhbəri Yasəmən Ağaoğlu azərbaycanlı yazarların kitablarının QR kodlarının yerləşdirildiyi elektron plakatı MEK oxucularının istifadəsi məqsədilə kitabxanaya hədiyyə edib, yaradılan şəraitə görə təşəkkür bildiriblər” deyə bildirilir.

Qeyd edək ki, konfransa dünyanın 23-dən artıq ölkəsinin 300-dən artıq elm adamı qatılıb. Təkcə Türkiyədən 126 elm adamının konfransda iştirakı təmin olunub.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Burada müxtəlif elm sahələri üzrə 250-dək məqalə və təqdimatlar dinlənilib.

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.