Press "Enter" to skip to content

 YTB başqanından sərt reaksiya

Abdullah Eren

Son yeniləmə: 22 Noyabr 2024 11:56

Abdullah Eren: Kərkükün demoqrafik quruluşu pozulmamalıdır

BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) başqanı Abdullah Eren Kərkükdə aparılan siyahıyaalma ilə bağlı mühüm açıqlamalar verib.

Sosial şəbəkə hesabından etdiyi açıqlamada A.Eren Kərkükün tarixi türk vətəni olduğuna diqqət çəkib.

YTB başqanı, türk kimliyinə xələl gətirəcək hər cür təşəbbüsdən qaçınılması lazım olduğunu vurğulayıb: “Qədim türk vətəni Kərkükdə siyahıyaalma aparılır. Bu baxımdan hesab edirik ki, Kərkükün demoqrafik strukturunu pozacaq, türk kimliyinə zərər verəcək hər hansı təşəbbüsdən çəkinmək lazımdır. Bu mövzuda Kərkük türklərinin xəbərdarlıqları nəzərə alınmalıdır”.
Açıqlamda həmçinin A.Eren bu mövzuda dəstəyin hər zaman İraq türklərinin yanında olduğunu, türk kimliyinin qorunmasının təkcə İraq türkləri üçün deyil, bütün türk dünyası üçün böyük məna daşıdığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.