Son yeniləmə: 22 Noyabr 2024 07:28
BAYRAQDAR MEDİA – 21 noyabr 2008-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qanunvericilik orqanlarının rəhbərləri tərəfindən imzalanmış İstanbul müqaviləsi ilə yaradılan Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) 16 ildə böyük irəliləyiş əldə edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “yarandığı gündən sürətlə böyüyən və fəaliyyətini artıran TÜRKPA türk dünyasında parlamentarilər arasında güclü əməkdaşlıq şəbəkəsi yaradıb. TÜRKPA türk dövlətləri arasında parlamentlərarası qarşılıqlı əlaqəni təkcə nəzəri müstəvidə tərk etməyib, konkret əməkdaşlıq təcrübələri ilə gücləndirib. Bu prosesdə millət vəkilləri türk ölkələrinin parlament sədrlərinin rəhbərliyi altında gərgin səylər göstərmiş və mühüm uğurlara imza atıblar”.
Məlumata görə, TÜRKPA-nın gələcək illərdə daha da güclənməsi üçün türk dövlətlərinin dəstəyi kritik əhəmiyyət kəsb edir: “Dövlət başçılarının türk əməkdaşlığına dair sarsılmaz iradəsi TÜRKPA-nın yeni uğurlara imza atmasında təsirli olacaq. 16 il ərzində qazanılan müsbət təcrübə ilə bu beynəlxalq təşkilatın gələcəyi daha parlaq görünür”.
İlk şərhi yaza bilərsiniz