Son yeniləmə: 22 Noyabr 2024 11:55
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Mavi Zonada yerləşən Qazaxıstan Respublikasının ölkə pavilyonunda “Şəffaflıq və uyğunlaşma” mövzusunda yan tədbir keçirilib. Tədbir CAREC və Azərbaycanın “Ecomed” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.
Məlumata görə, tədbirdə müxtəlif sahələrdən ekspertlər, o cümlədən Dilovarşo Dustzoda, Gülşən Axundova və digərləri təqdimatlar ediblər: “Panel müzakirələri zamanı iştirakçılar iqlim dəyişmələrinin təsirləri, şəffaflıq və adaptasiya haqqında fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları aparılan müzakirələri qlobal miqyasda iqlim fəaliyyətini gücləndirmək və yaşıl enerji həllərinin təbliği istiqamətində birgə əməkdaşlıq üçün vacib platforma kimi qiymətləndiriblər”.
İlk şərhi yaza bilərsiniz