BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev noyabrın 22-də mədəniyyət və incəsənətin, özəlliklə də teatrların, cəmiyyətin mədəni həyatında onların əhəmiyyətinin artırılması ilə bağlı təkliflərlə tanış olub.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, məsələ 2023-cü ilin 22 dekabrında keçirilmiş Respublika mənəviyyat və maarif şurasının toplantısında qaldırılıb və diqqətdə saxlanılıb.
Qeyd edilir ki, plana görə, 2025-2030-cü illərdə “Milli qəhrəman” və “İnsanın şərəf və ləyaqəti naminə” mövzusunda 32 tamaşanın hazırlanması nəzərdə tutulur.
Xəbərdə deyilir ki, Prezident təkliflərlə tanış olduqdan sonra yeni tapşırıqlar da verib.
İlk şərhi yaza bilərsiniz