BAYRAQDAR MEDİA – “Lufthansa” aviaşirkətinin Mumbai-Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Aeroportun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib”.
İlk şərhi yaza bilərsiniz