Press "Enter" to skip to content

Kərkükə qarşı daha bir xəyanətkar addım

Hasan Turan

Son yeniləmə: 22 Noyabr 2024 11:56

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (ITC) sədri Hasan Turan Kərkükün demoqrafik strukturunu pozmaq üçün ümumi siyahıyaalmadan əvvəl 260 min nəfərin şəhər xaricindən gətirildiyini və Kərkük əhalisinin qeydiyyatına alındığını bildirib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, H.Turan açıqlamasında bildirib ki, siyahıyaalmadan əvvəl Ərbil və Süleymaniyyə şəhərlərindən çoxlu ailənin Kərkükə gətirildiyini müşahidə ediblər: “Türkmənlər İraqda əhalinin siyahıya alınmasını dəstəkləyirlər. Kərkük 2003-cü ildən sonra demoqrafik dəyişikliklərə məruz qaldı. Siyahıyaalmaya qədər 260 min nəfər şəhər xaricindən gətirilərək Kərkük əhalisinin qeydiyyatına alınıb.“Kərkükün demoqrafiyasına təsir etmək, türkmən kimliyini pozmaq üçün ciddi cəhdlər var”.

O, Kərkük siyahıyaalma nəticələrinin elanının 1957-ci il siyahıyaalma qeydlərinin araşdırılmasına qədər təxirə salınmasını tələb etdiklərini bildirib.

İraqda bütün ölkəni əhatə edən siyahıyaalma 2 günlük komendant saatı ərzində 120 min məmur tərəfindən elektron şəkildə həyata keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.