Press "Enter" to skip to content

 İRU Baş katibi ilə görüş

Görüş zamanı

Son yeniləmə: 22 Noyabr 2024 11:54

BAYRAQDAR MEDİA – Dövlət Gömrük Komitəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Məlumata görə, görüşdə ABADA prezidenti Həbib Həsənov da iştirak edib: “Əsasən qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, daşımalar zamanı nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə bağlı kompleks yanaşma və həllərin ortaya qoyulmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Orta Dəhliz boyunca artan yük axınlarının səmərəli şəkildə idarə edilməsi, BYD kitabçalarının tətbiqi ilə daşınan yüklərin həcminin artırılması, məlumat mübadiləsinin genişləndirilməsi, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.