Press "Enter" to skip to content

İqlim dəyişmələri ilə bağlı məlumat sessiyası

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 22 Noyabr 2024 11:56

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası tərəfindən “İqlim dəyişmələrinin uşaqlara təsiri” mövzusunda məlumat sessiyası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.

Məlumata əsasən, sessiyada iştirakçılara layihə haqqında məlumat verilib, iqlim dəyişmələrinin uşaqların inkişafına və sağlamlığına təsirini azaltmaq və dayanıqlı təbiət, sağlam və firavan gələcək naminə yaşıl ətraf mühit və yaşıl iqtisadiyyatın əhəmiyyəti barədə çıxışlar edilib: “Bildirilib ki, layihənin məqsədi yaşıl ətraf mühit və iqtisadiyyata dair əlverişli və davamlı təcrübələri təşviq etmək, milli və yerli səviyyədə iqlim dəyişmələrinin təsirinin azaldılması prosesinə töhfə verməkdir”.

Məlumatda daha sonra deyilir: “Sessiyada GAYO-Gənclərin İqlim Şuraları Qlobal Alyansının təmsilçisi İmpraim Margaret, ekoloq və sıfır Tullantı üzrə ekspert Şəhriyar Hüseyn çıxış edərək plastik materialların ənənəvi bioloji materiallarla əvəz olunmasının vacibliyi və praktiki yolları, sıfır tullantı anlayışı, onun ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və dolanışıq vasitələrinin təmin olunması barədə praktiki həllər təqdim edilib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.