Press "Enter" to skip to content

COP29-da “Ecotracker” mobil tətbiqinin təqdimatı

Tədbir zamanı

Son yeniləmə: 22 Noyabr 2024 11:57

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “EkoSfera” İctimai Birliyi “Ecotracker” – Azərbaycanda Zero Waste və dayanıqlı həyat tərzi konsepsiyalarını təbliğ edən mobil tətbiqin təqdimatını keçirilib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, layihənin məqsədi yeni texnologiya və sosial media platformaslarından geniş istifadə edərək iOS və Android platformaları üçün Azərbaycanda ilk ekoloji vərdişləri təbliğ edən bir mobil tətbiq yaratmaqdır: “İctimai Birliyin sədri Firuzə Sultan-zadə bildirib ki, layihə çərçivəsində yaradılacaq ekoloji mobil tətbiq, istifadəçilərin gündəlik davranışlarını izləyərək, onların vərdişlərini daha dayanıqlı etməyə həvəsləndirəcək”.

Daha sonra ISWA-nın (International Solid Waste Association) Texniki Direktoru Aditi Ramola çıxış edərək tullantıların çeşidlənməsinin əhəmiyyətinə diqqət çəkib: “O, bu prosesin yalnız ekoloji problemlərin həllində deyil, həm də gənc nəsil və onların valideynləri arasında ekoloji vərdişlərin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.