Son yeniləmə: 22 Noyabr 2024 11:55
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, “sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) imzalayıblar”.
Məlumata əsasən, əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərin artırılmasını hədəfləyir: “Memorandum imzalandıqdan sonra “SMACHS” təşkilatının təqdimatı keçirilib, suallar cavablandırılıb. Qeyd edək ki, “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) Keniya prezidentinin qızıdır”.
İlk şərhi yaza bilərsiniz