Press "Enter" to skip to content

ADSEA təmsilçisi COP29 çərçivəsində keçirilən tədbirdə çıxış edib

Tədbir zamanı

Son yeniləmə: 22 Noyabr 2024 11:55

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində İslam İnkişaf Bankı tərəfindən “İİB üzv ölkələrində iqlimə dayanıqlı su investisiyaları üçün maliyyələşdirmə imkanları” mövzusunda tədbir keçirilib. Tədbirdə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə də iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya ADSEA-dan məlumat verilib.

Bildirilib ki, “çıxışı zamanı Riad Axundzadə tədbir iştirakçılarına su ehtiyatlarının davamlı idarə olunması məqsədilə müasir və dayanıqlı texnologiyaları özündə birləşdirən infrastruktur layihələrinin əhəmiyyəti barədə məlumat verib”.

O, həmçinin uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi üçün innovativ maliyyələşdirmə modellərinin və sektorlararası tərəfdaşlıqların rolunu vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.