Son yeniləmə: 21 Noyabr 2024 12:55
BAYRAQDAR MEDİA – Bolqarıstan Milli Televiziyası BNT-yə danışan “DPS-Novo Naçalo” formasiyasından olan deputat Yordan Tsonev bildirib ki, indiyədək heç kim onlardan Xalq Məclisi sədrinin namizədliyinə dəstək istəməyib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə Y.Tsonev PP-DB-ni Xalq Məclisi sədrinin ən böyük siyasi qüvvədən olması ənənəsini pozduğuna görə tənqid edib və yeni növbədənkənar seçkilərin keçirilməsi ehtimalının artdığını bildirib: “Delyan Peevskinin partiyasından olan millət vəkili partiya üzvlərinin adi hökumətin qurulmasını istədiklərini, lakin növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə “DPS-Novo Naçalo” birləşməsinin daha da yaxşı nəticələr əldə edəcəyini vurğulayıb. Yordan Tsonev Ahmet Doğanın DPS-dən xaric edilməsindən peşman olmadığını bildirib”.
İlk şərhi yaza bilərsiniz