Son yeniləmə: 21 Noyabr 2024 10:35
BAYRAQDAR MEDİA – Batı Azərbaycan əyalətinin mərkəzi Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətinə etiraz ediblər.
Xəbər BAYRAQDAR MEDİA-ya Araz News-dan daxil olub.
Bildirilir ki, Urmiya şəhər voleybol komandasının azarkeşləri, komandanın Tehranın Peykan komandası ilə qarşılaşması zamanı minlərlə insanın iştirakı ilə xalq arasında “Durnalar yuvası” adlanan Əl-Ğədir stadionunda milli şüarlar səsləndiriblər:
• Urmiya türkündür, türkün qalacaq!
• Azərbaycan var olsun, istəməyən kor olsun!
• Şəhidlər ölməz, Vətən bölünməz!
• Türk dilində mədrəsə, olmalıdır hər kəsə!
Qeyd edilir ki, vətəndaşlar eləcə də özü Azərbaycan türkü və Urmiyalı olan Prezident Məsud Pezeşkiyana şüarlarla müraciət edərək, bir daha Batı Azərbaycana terror tərəfdarı vali təyin edilməməsini tələb ediblər. Onlar Batı Azərbaycanın valisinin seçilmə prosesinə etiraz olaraq şüarlar səsləndirərək M.Pezeşkiyanı bu bölgə üçün yerli vali seçməyə çağırıblar.
Bildirilir ki, tarix boyu Azərbaycan türklərinin yaşadığı Batı Azərbaycan torpaqları və Azərbaycan türkləri tərəfindən idarə olunan bu ərazilərə İran rejimi son üç dövrdə terror tərəfdarı kürd valilər təyin edir.
Ölkədə fars millətçilərinin hakimiyyəti ələ almasından sonra İran rejimi həmişə Batı Azərbaycanda Türkiyə ilə Güney Azərbaycan arasında tampon zona yaratmaq siyasətini davam etdirib. Lakin bu siyasət xüsusilə İkinci Qarabağ savaşındakı Zəfərdən sonra gözlə görünəcək dərəcədə sürətlənib.
İlk şərhi yaza bilərsiniz