Press "Enter" to skip to content

SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı

Tədbir zamanı

Son yeniləmə: 21 Noyabr 2024 11:12

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatına həsr edilmiş brifinq keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov vurğulayıb ki, 14 noyabr tarixində COP29 çərçivəsində keçirilmiş SPECA Nazirlər Görüşündə elan olunan Fond aid olduğu regionun çağırışlarının həlli istiqamətində mühüm təşəbbüsdür: “Qurum çevik və inklüziv platforma kimi əsas sahələr üzrə praktiki addımlara imkan yaratmaq üçün nəzərdə tutulub. Bunlara ticarət əlaqələrini inkişaf etdirmək, iqlim problemlərinə qarşı davamlılığı artırmaq, innovasiya və rəqəmsal transformasiyanı təşviq etmək daxildir. Fond iqlim və davamlı inkişaf problemlərini həll etməyə yönəlmiş effektli layihələrin reallaşdırılmasıüçün vasitələr təqdim edir”.

Məlumat verilib ki, qurum SPECA dövlətləri arasında iqtisadi inteqrasiyanı və institusional imkanları gücləndirən layihələri dəstəkləyəcək: “Beynəlxalq təşkilatlar, inkişaf bankları və özəl sektorla sıx əməkdaşlıq edilməklə problemlərin effektiv həlli üçün resurslar və təcrübə səfərbər ediləcək. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE)icraçı katibinin müavini DmitriMariyasinFondun SPECA ölkələri üçün önəmini vurğulayıb. Qeyd edilib ki, qurumun regional əməkdaşlıq və uğur nümunəsinə çevrilməsi üçün birgə səyləri gücləndirmək lazımdır. Dmitri Mariyasin tərəfindən Fondun əməliyyat strukturu və potensial təsir sahələrini ehtiva edən təqdimatı keçirilib, bu yöndə müzakirələr aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.