Son yeniləmə: 21 Noyabr 2024 12:51
BAYRAQDAR MEDİA – “İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsi həyata keçiriləcək.
“İRƏLİ”dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, layihə çərçivəsində ilk konsert 24 noyabr, saat 15:00-da Qara Qarayevin ev muzeyində bəstəkar, pianoçu Nigar Süleymanın iştirakı ilə olacaq.
Məlumata əsasən, Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb: “Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır. Tədbirdə Nigar Süleyman piano qarşısında sərgiləcəyi ustalığı və öz bəstələrindən ibarət seçmələri ilə musiqi sevərlərəklassik musiqi ovqatı bəxş edəcək. Onun incə və təsirli ifası, zövqlü bəstələnmiş melodiyalar, tamaşaçılara unikal hisslər ötürəcək”.
“İRƏLİ”dən daxil olan məlumatda deyilir ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
İlk şərhi yaza bilərsiniz