Press "Enter" to skip to content

Plastik tullantıların effektiv idarə edilməsi

Müzakirədən görüntü

BAYRAQDAR MEDİA – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ETSN və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib. Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır”.

Sonra xəbərdə, “görüşdə plastik tullantıların iqlim dəyişikliyinə və ətraf mühitə mənfi təsirləri vurğulanıb və Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Məruzəçilər öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlər haqqında məlumat veriblər” deyə bildirilir.

Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları (PPP) barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, İstehsalçının Genişləndirilmiş Məsuliyyəti (EPR) yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.