Press "Enter" to skip to content

Meksika radiosunda COP29-un əhəmiyyətindən danışılıb

Son yeniləmə: 21 Noyabr 2024 12:47

BAYRAQDAR MEDİA – Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik Kanyon radiosuna müsahibə verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “səfir müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən bəhs edib. Müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb. Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib”.

Məlumata görə səfir, eyni zamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən, “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğunu qeyd edib: “Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildiyi qeyd olunub,inkişaf etməkdə olan kiçik ada dövlətlərininsəsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb. Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlığını ifadə edib. Qeyd edək ki, sözügedən müsahibə həmçinin Meksikanın Miled və ADRNetwork radio kanallarında da efirə gedib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.