Press "Enter" to skip to content

Kosova və Quzey Makedoniyadan birgə sərhəd keçidi tətbiqi

Sərhəd məntəqəsi

Son yeniləmə: 21 Noyabr 2024 12:41

BAYRAQDAR MEDİA– Kosova və Quzey Makedoniya hökumətlərinin nümayəndələri 18 noyabr 2024-cü il tarixində Kosovonun paytaxtı Priştinada keçirilən birgə mətbuat konfransında görüşüblər.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Kosova Baş naziri Albin Kurti Quzey Makedoniyalı həmkarı Hristijan Mickoski ilə ikitərəfli görüşlərdən sonra üç yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Kosovoport Xəbər Agentliyinin məlumatına görə, Kosovanın daxili işlər naziri Xhelal Sveçla və onun Quzey Makedoniyalı həmkarı Pançe Taskovski görüşdən sonra birgə sərhəd-keçid məntəqələri haqqında protokol imzalayıblar. Buna görə 1 yanvar 2025-ci il tarixindən etibarən Hani i Elezit-Bllace və Globocice-Jazhince sərhəd qapılarında ortaq sərhəd qapısı prosesi həyata keçiriləcək. Eyni zamanda, tərəflərin polis əməkdaşları eyni binada çalışaraq, sərhəd keçidlərini asanlaşdıracaq və bununla da sərhəd qapılarında gözləmə müddətlərini azaldacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.