Press "Enter" to skip to content

İqlim dəyişikliyi və transsərhəd su resursları

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İqlimə Dayanıqlılıq Çərçivəsi üzrə Tərəqqinin Təminində İqlim Məlumatlı Transsərhəd Su İdarəçiliyinin Rolu” mövzusunda tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ETSN-in Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri və bu resursların dayanıqlı idarə edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Rəsmilərin, sahə üzrə ekspertlərin iştirakı ilə aparılan müzakirələrdə qlobal və regional miqyasda transsərhəd su hövzələrinin iqlimə dayanıqlılığı, yeni və müasir texnologiyalar əsasında su idarəçiliyinin vacibliyi qeyd olunub”.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.