Press "Enter" to skip to content

İqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ETSN-in təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin (ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (Ramsar Konvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak edib. Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub”.

Daha sonra xəbərdə, “tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib. İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, bu təsirlərin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.