BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb”.
Məlumata görə, tərəflər birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti və tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri barədə müzakirə aparıblar.