Press "Enter" to skip to content

General Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Pakistanda səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəraçi şəhərində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “K.Vəliyev dost və qardaş ölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb. Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib, habelə ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub”.

Daha sonra xəbərdə, “Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın şimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunu pisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.