Press "Enter" to skip to content

COP29-da meşələrin qorunmasına dair birgə tədbir

Tədbir zamanı

Son yeniləmə: 21 Noyabr 2024 11:05

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Mavi Zonada yerləşən Türkiyə Cümhuriyyətinin ölkə pavilyonunda “Meşələrdən icmalara” mövzusunda yan tədbir keçirilib.

Bu barədə verilən məlumatda qeyd edilib ki, tədbir Azərbaycanın “Ecomed” və Türkiyənin “Yeşilay” təşkilatlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Məlumata görə, tədbirdə COP29 Təşkilat Komitəsinin üzvü, COP29 QHT Koalisiyasının üzvü Gülşən Axundova, Türkiyədən Sümeyya Ceylan, Sara Evli Özhan və digərləri təqdimatlar ediblər: “Panel müzakirələr zamanı iştirakçılar iqlim dəyişmələrinin təsirləri və yaşıl enerjiyə keçidin əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar. Panel iştirakçıları meşələrin qorunması, dayanıqlı enerji resurslarının tətbiqi və icmaların bu prosesdəki rolu barədə tövsiyələr irəli sürüblər. Tədbir, həmçinin qlobal miqyasda iqlim fəaliyyətini gücləndirmək və yaşıl enerji həllərinin təbliği istiqamətində birgə əməkdaşlıq üçün vacib platforma kimi qiymətləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.