Press "Enter" to skip to content

Aİİ tələbələri beynəlxalq olimpiadada

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri beynəlxalq olimpiadada iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Rusiya Federasiyası Tatarıstanın paytaxtı Kazan şəhərində ilahiyyat sahəsi üzrə təhsil alan tələbələr arasında XVII Beynəlxalq Olimpiada keçirilib. Qeyd edək ki, olimpiada Rusiya İslam İnstitutu, İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondu və Məhəmməd ibn Zeyd adına Humanitar Elmlər Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. “BRICS” ölkələri və tərəfdaşlarının qatıldığı müsabiqəyə Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Hindistan, İndoneziya və Rusiyadan iştirakçılar dəvət olunublar”.

Sonra xəbərdə, “sözügedən beynəlxalq tədbirə Aİİ-dən münsif qismində – xarici əlaqələr üzrə mütəxəssis Şəms Bağırova, iştirakçı qismində – II kurs tələbəsi – Sahib Qənbərov, III kurs tələbələri – Yusif Vahabov, Sadiq Babayev, Əli Nəzərov qatılıblar. İştirakçılar İslam hüququ, dinin əsasları və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri aktivlikləri ilə seçiliblər. Aİİ-nin tələbəsi Sadiq Babayev müsabiqədə uğurlu iştirakına görə, Rusiya İslam İnstitutunun rektoru tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb” deyə bildirilir.

Olimpiada çərçivəsində “İslami fənlərin tədrisində “BRICS” ölkələrinin İslam ali təhsil müəssisələrinin təcrübəsi” mövzusunda “dəyirmi masa”, habelə, qonaqlar üçün Kazan şəhərində yerləşən Qul Şərif və Mərcani məscidlərinə, eləcə də Kazan Milli Kitabxanası və Kazan Kremlinə ekskursiya təşkil olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.