Son yeniləmə: 20 Noyabr 2024 11:09
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən Türk Dünyası Gənclər Toplantıları çərçivəsində Qazaxıstanın Almatı şəhərində 20 ölkədən 250 gəncin iştirakı ilə 1-ci Türk Dünyası Gənclər Forumu keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “tədbir 20-23 noyabr 2024-cü il tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetində keçiriləcək. Forumda türk dünyasının hər yerindən gələn gənclər mədəni, sosial və iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün bir araya gələcək”.
Məlumata görə, Forum çərçivəsində keçiriləcək sessiyalarda gənclər türk dünyasının ortaq dəyərlərini, tarixi bağlarını və aktual problemlərini müzakirə etmək imkanı əldə edəcəklər: “Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Yunus Emre İnstitutu, YTB kimi türk dünyasında fəal rol oynayan qurumlar tərəfindən dəstəklənir”.
İlk şərhi yaza bilərsiniz