Son yeniləmə: 20 Noyabr 2024 11:02
BAYRAQDAR MEDİA – Noyabrın 20-də COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, əvvəla “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçirilir.
“Bundan əlavə, “Turizm Günü” çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm sektorunun iqlim ambisiyasının artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə təkmilləşdirilmiş iqlim fəaliyyəti: İnnovativ həllər və irəliyə doğru” mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək” deyə məlumatda vurğulanır.
İlk şərhi yaza bilərsiniz