Son yeniləmə: 20 Noyabr 2024 07:59
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Su həyatdır” layihəsinin təqdimatına həsr olunmuş “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda yan tədbir keçirilib.
Bu barədə Forumdan məlumat verilib.
Bildirilib ki, “tədbir KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramının – “Su həyatdır” layihəsi barədə potensial tərəfdaşların məlumatlandırılması, eləcə də su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və bu sahədə innovativ həllərin təşviqi məqsədilə təşkil olunub. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dünya İqlim Fondunun prezidenti Jens Nielsen, COP29 Təşkilat Komitəsinin üzvü, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova su resurslarının əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidi prosesində sudan səmərəli istifadə barədə çıxışlar ediblər”.
Məlumata görə tədbir “Sabah üçün hər damla önəmlidir” və “Suya qayğı, gələcəyə zəmanət” mövzularında panellərlə davam edib: “Panellərdə Kənd Təsərrüfatı Nazirliyinin, Cenevrə Universitetinin, KOBİA-nın, “ANTEA Brasil”in, UNFCCC Yaşıl İqlim Fondunun, “Acqua Novara. Vco SpA”, “Digital Umbrella” və “Sustainera Solutions” şirkətlərinin nümayəndələri su resurslarının qorunmasının gələcək üçün önəmi, texnologiyaların bu sahədə rolu, su ehtiyatlarının effektiv idarə olunması sahəsində innovativ həllər, beynəlxalq əməkdaşlığı müzakirə ediblər. “Su həyatdır” layihəsinin meneceri Aytən Hacıyevanın “KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramı”nın təqdimatında layihənin məqsədi və gözlənilən təsirlər barəsində məlumat verilib”.
İlk şərhi yaza bilərsiniz