Press "Enter" to skip to content

Ekoloji şüurun gücləndirilməsi üçün QHT-lər imkanları araşdırır

Son yeniləmə: 20 Noyabr 2024 11:10

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Dayanıqlı kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyi” mövzusunda yan tədbir keçirilib.

Tədbir “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir çərçivəsində iştirakçılara dayanıqlı kənd təsərrüfatının əhəmiyyəti, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə təqdimatlar edilib.

Məlumata görə, müzakirələrin əsas mövzusu qida təhlükəsizliyinin təmin edilməsində gənclərin rolu və ekoloji şüurun artırılması olub: “Gənclər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri və bu sahədə dayanıqlığın artırılması yolları ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.