Press "Enter" to skip to content

Radiasiya və iqlim dəyişikliyi müzakirə edilib

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində noyabr ayının 18-də Azərbaycan Pavilyonunda Fövqəladə Hallar Nazirliyi (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi (DSEA) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən NRFTDA-nın rəisi Nicat Əliyev Azərbaycanda nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən bəhs edib”.

Daha sonra xəbərdə deyilir ki, “sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi (KTN) Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar”.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.