Press "Enter" to skip to content

Mövlan Şahid lirikası və hikmət çeşməsi

Mövlan ŞAHİD

BAYRAQDAR MEDİA qəzəlxan şair Mövlan ŞAHİDin yaradıcılığı haqqında Nəsib ABİDin düşüncələrini təqdim edir:

Fikrin həyati alternativi düşüncədir.

Düşüncənin sərhədi fikrin bitdiyi yerdir…

Fikir və düşüncənin sorğulanması, həyati hisslərin harmoniyasının üzərindədir.

Düşüncənin fikir açarı, insan qəlbinin həyat ruhuna bağlıdır.

Həyati hisslərin harmoniyasının zənginliyi fikir və düşüncənin müxtəlifliyini bəlli edir.
Fikirlərin səslənməsi reallığa uyğun olanda düşüncənin kamilliyi insanın mənəvi cəhətdən tədbirli olmasını gərəkdirir.

Çağdaş poeziyamızın fikir və düşüncə hanırında, öz sənət dünyası və istəklərinin özünəxas cazibə qüvvəsi olan şairlərimizdən biri Mövlan Şahiddir.

Şairin poeziyasının həyat inciləri insanın fikir və düşüncə məntiqinin həyat açarını özündə əks etdirir.

….

Çəksəm də dilənməz canım viranəyə dönsəm,
Dərdim daş ola, zülm edə karxanəyə dönsəm.
İllah, doğulandan hey ölümün soraq eylər,
Mütləq əmrimdir belə, kaşanəyə dönsəm..

….

Həyati baxış insanın mənəvi dünyasının bəzəyidir.

Həyati baxış həm də insanın ruhi-psixoloji halının naxışıdır…

Həyatı incəliyinə qədər izah edən insanın içindəki saf duyğuların könüllə olan vəhdətidir.

Mənəvi hiss duyğusu daima həyatın dəyərini idrak etdirir insana.

Ruhi düşüncənin həyat hikmətinin dərki insanın ali hisslərinin dolğunluğundan qaynaqlanır.

Saf duyğuların vəhdətindən yaranan duyğular insanın könül dünyasının həyat bağlantısını möhkəmləndirir.

Mövlan Şahidin lirikasının həyati duyğusallığı sevgi və məhəbbətin ülviyyətini könüllərə daşıyır:

Gülsən, ətrin nazı çəmənzara naxışdır,
Getdikcə sevən aşiqinə, yarə naxışdır .
Hər şux Gözəli, sevgili həmyarı sevərsə,
Yəqin ki, onun sevgidi, dilarə naxışdır.

Məhəbbət hissi insanın fikir dünyasının həyat aynasında əks olunur.

Məhəbbət hissi insanın həyatında sevgi ilə bərabər doğulur .

Məhəbbət hissi insana mənəvi duyğular aşılayır .

İnsanın arzu və istəklərinin qayəsini təyin edən məhəbbət duyğusudur.

Sevgi ilə bərabər doğulan məhəbbət duyğusu əlçatmaz kamillkikdir.

Aşırı dərəcədə məhəbbət duyğusu artıq fədakarlıqdır.

Mövlan Şahidin lirikasının həyati duyğusallığı sevgi və məhəbbətin ülviyyətini yaradır:

….

Coşduqca məhəbbət axacaq gur selimizdə,
Sübhün nuru tək şölələnər Söz dilimizdə..
Söz, bağçalı bir qönçəyə bənzər, dilin olsa,
Rəmzin görəcəksən, bu həyatın gülümüzdə.

….

Dil insanın könül dünyasının həyat bağlantısıdır.

Dil insan hisslərinin həyat ruhunu ifadə edən ruhun cazibə qüvvəsidir.

Dil insanın qəlb evinin həyat açarıdır.

Könül dünyasının bağlantısı kimi dilli insan öz düşüncələrini açığa çıxarır, ruhun cazibə qüvvəsi kimi dillə insan bir -biri ilə ülviyyət qurur.

Qəlb evinin açarı kimi insan öz daxili dünyasının aynasını Sözlə bəlli edərək fikrə çevirir.

Mövlan Şahidin lirikasının həyat dili insanın könül dünyasının aynasında öz yerini tutur:

İtməz dilimin “yaddaşı” ötmüşsə də illər,
Vardır bu Sözüm üstdə mənim haqlı dəlillər.
Çəkdikcə Vətən torpağı həsrət daşa dönmüş,
Çökdükcə əzab çəkdi yüz illərlə nəsillər.

Özünüdərk insanın mənəvi dünyasının ən ali düşüncəsinin həyat qaynağıdır.

Özünüdərk insanın könül dünyasının həyat aynasının görünərliyidir.

Özünüdərk insanın yaşam döngüsünün həyat ehtirasının sonsuzluğudur.

Ən ali düşüncəsinin həyat qaynağı insanın könül sevgisinin hədəfini aşkarlayır…

Həyat aynasının görünərliyi insanın həyat qayğılarını üzə çıxarır.

Həyat ehtirası insanın həyat darlığını miralizə edir.

Mövlan Şahidin lirikasının həyat ülviliyi daim öz həyat missiyasını həyata olan şüurlu münasibətini açıqlayır…

Sən, dünya mənimdir deyənin dünyasısanmı?!
Məcnun kimi aşiqinə yar – Leylasısanmı?!
Cahan Səni eşq aləminə incisi seçmiş,
Layiqli vəfadarı olan – simasısanmı?!

Sənətdə Özəllik Şairin könül dünyasının həyat Yolunu işıqlandırır.

Sənətdə Səmimiyyət Şairin Qəlb işığını artırır.

Sənətdə gözəlliyi duyurmaq Şairin özünü və sözünü təsdiqləyir.

Həyat Yolçuluğu insanın yaşam döngüsünün həyat iztirablarını kökündən dəyişdirir.

Qəlb işığını Zamana yayan insanın mənəvi aləminin həyati rəngarəngliyinin düşüncə tablosudur.

Sözün həyat ruhu qəlbin həyati istəyinin özülüdür.

Mövlan Şahidin lirikasının həyati-ruhi münasibətində qəlbin həyati istəyinin önəmsənməsi duyulur daim:

Gülzarə nə qəm ki, Gülü seyrindədir hər an,
Aşiqi olan Bülbülü seyrindədir hər an.
Sevdalı ürəklərdə məhəbbət yuva qurmuş,
Rəsmində olan sevgili seyrindədir hər an.

Çağdaş poeziyamızın gur işığında öz sözü, öz ədəbi üslubu ilə yazıb-yaratmaq Mövlan Şahidin sənət üstünlüyüdür.

Doğma dilin, ona verdiyi imkanların üstündə öz Sözünün ülviyyətini könüllərə daşımaq Mövlan Şahid lirikasının həyati-ruhi özəlliyidir.

Fikir və düşüncənin alqoritmini doğru və düzgün qura bilmək Mövlan Şahidin sənət üstünlüyüdür.

Mövlan Şahid lirikasının həyati psixolojisi insan qəlbinin həyat düşüncəsinin hikmət çeşməsini tamamlayır.

Şairin poeziyasının özünəməxsus ədəbi-üslubi xüsusiyyətləri həm estetik dəyəri baxımından, həm də həyati baxımdan olduqca yüksək ruh daşıyıcısıdır.

Uğurlar arzulayıram şair qardaşıma.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.