Son yeniləmə: 19 Noyabr 2024 09:28
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilionunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirin əsas məqsədi ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanın müzakirəsi olub”.
Məlumata görə, “Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov mövzunun aktuallığı barədə geniş bəhs edib.
Daha sonra uşaq inkişaf mütəxəssisi Dilşad Musa genofondun və ekologiyanın qorunmasında uşaqların və cəmiyyətin doğru maarifləndirilməsindən danışıb. Türkiyədən Azərbaycanda qonaq olan araşdırmaçı jurnalist Orhan Çınar “Ekologiyada insan və dinlərin yeri” mövzusunda çıxış edib: “Tədbir Afrikalı Uşaqlar üçün Beynəlxalq Yardım Fondunun prezidenti xanım Angela Josephlanın, eko-fəal Sərdar Yusif Oğlu, jurnalist Nəzarbəy Hacıağayev və digər iştirakçıların qarşılıqlı müzakirələri ilə müxtəlif istiqamətlərdən baxış bucaqları təqdim edilməklə, davam etdirilib”.
İlk şərhi yaza bilərsiniz