BAYRAQDAR MEDİA – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “ATACH Günü” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib. Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərin üzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyən dərəcədə geri qaytarıla bilər. Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və 2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyi vurğulanıb”.
T.Musayev qeyd edib ki, Azərbaycan COP29-a ev sahibliyi edərək yaşıl enerjiyə keçidə sadiqdir: “İqlim dəyişikliyinin azaldılmasının maliyyələşdirilməsi COP29 müzakirələrinin, o cümlədən sağlamlığa təsirlərin maliyyələşdirilməsinin təməl daşı olaraq qalır. Hesab edirik ki, iqlim və sağlamlıq gündəmlərinin maliyyələşdirilməsi bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə, növbəti səviyyəyə qaldırılmalıdır”.
Daha sonra xəbərdə, “tədbirdə çıxış edən ÜST-nin Qərbi Sakit Okean üzrə Regional Direktoru, doktor Saiya Mau Piukala, Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin (FCDO) adaptasiya, təbiət və xarici təsirlərə davamlılıq Departamentinin rəhbəri Cerard Hou, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel, Misirin Səhiyyə və Əhali Nazirliyi, institusional islahatlar üzrə nazirin köməkçisi doktor Hossam Abdel Qaffar və başqaları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd ediblər” deyə bildirilir.
İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına, səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığına xələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlar nəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan, innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçün böhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyin vacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və daha möhkəm sistemlərə gətirib çıxaracaq.
İlk şərhi yaza bilərsiniz