BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Uşaqlar və gənclər – sağlam ətraf mühit və təhsil” adlı yan tədbir keçirib.
Forumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbir “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Məlumata görə, müzakirələri zamanı iştirakçılar gənclər arasında ekoloji şüurun artırılması, səhiyyə sisteminə əlçatanlıq və təhsil sahəsində innovativ yanaşmaların tətbiqi kimi mövzular ətrafında ətraflı müzakirələr aparıblar.