Press "Enter" to skip to content

BDU-nun 410 tələbəsi təhsil krediti alıb

Bakı Dövlət Universiteti

Son yeniləmə: 19 Noyabr 2024 17:05

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) 410 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 98-i sosial, 312-si isə standart təhsil kreditidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “2023/2024-cü tədris ilində isə ümumilikdə 705 BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i isə standart təhsil krediti olub. Təhsil krediti almaq istəyən tələbələr e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər”.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.