Press "Enter" to skip to content

Almaniyanın vitse-kansleri ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlim fəaliyyəti üzrə federal naziri Robert Habek ilə görüşüblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub”.

Məlumata görə, tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə,bərpaolunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq barədə müzakirə aparıblar.

Mission News Theme by Compete Themes.