BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2024-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Anev şəhəri üçün bağlanış mərasimi keçirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat verib.
Məlumata görə, mərasim Ahal vilayətinin Ak Buğday rayonunda, Nevruz yaylasında yerləşən möhtəşəm “Türkmen Ak Öıi” (Türkmən Ak Evi) binasında keçirilib: “Mərasimdə türk dünyasının sənət ustalarının səhnəyə çıxdığı xüsusi konsert proqramı təqdim olunub.Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev bu cür addımların türk dünyasının mədəni sərvətlərinin beynəlxalq miqyasda tanıdılması üçün böyük fürsət olduğunu bildirib.
Sonra 2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilən Qazaxıstanın Aktau şəhəri bayrağı qəbul edib.
2025-ci ildə keçiriləcək Qorkut Ata Türk Dünyası Film Festivalının simvolu olan Turna quşu Aktau şəhərinə təqdim edilib.