Press "Enter" to skip to content

24 milyon tondan çox neft hasil edilib

Neft buruqları

Son yeniləmə: 19 Noyabr 2024 09:32

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 24,1milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb: “SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib. Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5milyon tonu isə SOCAR-ın payına düşüb”.

Bildirilib ki, “neftin emalı 2024-cü ilin yanvar-oktyabr aylarında 5,5 milyon ton təşkil edib. Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.