Son yeniləmə: 19 Noyabr 2024 09:10
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” “İqlim dəyişmələri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları” adlı konfrans keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.
Bildirilib ki, “konfransda 15 ölkədən QHT rəhbərləri, ekspert və ekofəallar iqlim fəaliyyətləri, onun yan təsirləri ilə mübarizədə gənclərin fəal iştirakı, təhsil imkanları və davamlı əməkdaşlığa dair təqdimatlar ediblər”.
Məlumata görə, müzakirələrin yekununda iştirakçı ölkələrin QHT liderləri, ekspert və ekofəallarının iştirakı ilə “İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması nəzərdən keçirilib.
İlk şərhi yaza bilərsiniz