Press "Enter" to skip to content

Zəfəran yığımına başlanıb

Zəfəran yığımı

Son yeniləmə: 18 Noyabr 2024 08:04

BAYRAQDAR MEDİA – Tərəvəzçilik Elmi Tədqiqat İnstitununun təcrübə sahəsində yetişdirilən zəfəranın yığımına başlanılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki “təcrübi əkinlərin aparılmasında əsas məqsəd zəfəranın toxumçuluğunu genişləndirmək, sort üzərində tədqiqat işləri aparmaqdır. Müxtəlif zəfəran sortlarının əkildiyi sahələrdə tədqiqatçılar bitkinin xəstəliklərə davamlılığı, məhsuldarlığı, dad göstəricilərini öyrənirlər. Ölkəmizdə zəfəran becərilməsi dövlət tərəfindən dəstəklənir”.

Məlumata görə Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində zəfəran əkinlərinin hər hektarına görə fermerlərə 440 manat subsidiya veriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.