Press "Enter" to skip to content

Yaşıl enerji zonalarından bəhs edən yan tədbir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyinin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr” adlı tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.

Bildirilib ki, “tədbirdə Konqo Respublikasından Makuantsi Artur Patrisi, Almaniya tədqiqatçısı Rahim Şmit, “Şeffer” şirkətlər qrupunun vitse-prezidenti Yaşar Musayev, Pakistandan ekoaktivistlər – Ali Raza, Ənvər-ül Haqq, Şri-Lankadan ictimai fəal Nayana Adıkari yaşıl enerjinin əhəmiyyəti barədə çıxışlar ediblər”.

Məlumata görə, çıxışçılar Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndiriblər: “Tədbirdə Azərbaycanın böyük yaşıl enerji potensialından, yaşıl eraya keçid dövründə mühüm rolundan danışılıb, müzakirələr aparılıb. Sonda “Yaşıl vədlərimiz” adlı sənədli videomaterial auditoriyaya təqdim edilib”.

Mission News Theme by Compete Themes.