Son yeniləmə: 18 Noyabr 2024 16:57
BAYRAQDAR MEDİA – Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının liderlər zirvəsindən sonra ortaq əlifba və türk dövlətləri arasında əməkdaşlığı nəzərdə tutan fəaliyyətlər yenidən gündəmə gəlib.
Bu barədə Kırım Haber Ajansı məlumat verib.
Məlumatda deyilir ki, Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin sədri və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru Prof.Dr. Erhan Özden gündəmdəki məsələlər, xüsusilə ortaq əlifbanın qəbulu və lüğətin hazırlanması ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb: “Rektor E.Özden məşhur türk alimi İbn Sinanın tibblə bağlı əsəri kimi sənət sahəsində lüğətlə başlı hazırlıqların oldğunu qeyd edib. O, “Bu, incəsənətin bütün sahələrində ortaq ədəbiyyatın təmin edilməsi məqsədi ilə hazırlanmağa başlanmış lüğətdir”deyib”.
Məlumata görə, E.Özden lüğətin Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin qurduğu komitənin işi ilə hazırlanacağını açıqlayıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində “ortaq himn”in hazırlanması istiqamətində işlərə başlanıldığını açıqlayan Prof. Dr. E.Özden, bu yolla türk dünyasının keçmişdən ilhamlanan bənzərsiz quruluşunun söz və melodiyaya köçürüləcəyini bildirib: “Türk Dövlətləri Təşkilatına üzv olan soydaşlarımızın anlaya biləcəyi dildə yazılmış, bizi ruhlandıracaq bir marş. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək, musiqinin birləşdirici gücünü üzə çıxaracaq ümumi himn olacaq”.
İlk şərhi yaza bilərsiniz