Son yeniləmə: 17 Noyabr 2024 20:57
BAYRAQDAR MEDİA – Millət vəkili Elçin Mirzəbəyli noyabr ayının öncədən müəyyənləşdirilmiş və elan edilmiş qrafikinə uyğun olaraq növbəti fərdi vətəndaş qəbulunu Ağsu şəhərində və rayonun Çiyni kəndində keçirib.
Millət vəkili müraciət edən hər kəsi ayrı-ayrılıqda dinləyib, müraciətlərini qeydə alıb və dərhal həll edilməsi mümkün olan məsələlərin həlli üçün gərəkli addımlar atıb.
E.Mirzəbəyli vurğulayıb ki, digər müraciətlərdə yer alan şəxsi və ictimai əhəmiyyət kəsb edən məqamları qısa vaxtda sistemləşdirib təhlil etdikdən sonra həlli istiqamətində addımların atılması üçün səlahiyyətləri çərçivəsində müvafiq qurumlar qarşısında məsələ qaldıracaq.
İlk şərhi yaza bilərsiniz