Son yeniləmə: 18 Noyabr 2024 08:03
BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Sağlamlığa Xidmət” İctimai Birliyi və “Beynəlxalq Stop Vərəm” Tərəfdaşlığının birgə təşkilatçılığı ilə panel müzakirələr keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.
Bildirilib ki, müzakirələr “İqlim dəyişmələrinin səhiyyə sistemlərinə təsiri”, “Anti-mikrobial davamlılıq (AMD) haqqında maarifləndirmənin artırılması və 2024-cü il BMT-nin AMD üzrə siyasi bəyannaməsinin icrası” mövzularında olub.
Məlumata görə, müzakirələrdə Kamerunun millət vəkili Nqayap Pier Flambe, Keniya Parlament üzvü Stefen Myul, Zambiya Parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri – Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər.
Müzakirələrdən sonra sual-cavab sessiyası olub.
İlk şərhi yaza bilərsiniz