Son yeniləmə: 18 Noyabr 2024 08:04
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlıları Dərnəyinin rəhbəri, Türkiyə Azərbaycanlılar Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın Bursaya səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya EsAzDer-dən məlumat verilib.
Bildirilib ki, “Cavid Aydın səfər zamanı bir sıra məhsuldar görüşlər keçirib. İlk öncə Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAIDD) ofisində sədr Lətifə Nağdəliyeva ilə görüş olub. Görüş zamanı Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin Türkiyə-Azərbaycan qardaşlığı və əməkdaşlığı istiqamətində həyata keçirdiyi fəaliyyətlər müzakirə edilib. Daha sonra BAIDD rəhbəri və İdarə Heyətinin üzvləri ilə birlikdə Bursa Valiliyi ziyarət olunub”.
Məlumat üçün bildirək ki, bundan öncə Eskieşhirdə vali yardımçısı olan Salih Altun hazırda Bursada vali yardımçısıdır. Heyət Salih Altunu ziyarət edərək, ona uğurlar arzulayıb.
Səfər zamanı növbəti ziyarət isə Bursa Yıldırım Bələdiyyəsinə olub. Orada bələdiyyə sədrinin müavini Hüseyn Buran ofisində ziyarət edilib.
İlk şərhi yaza bilərsiniz