Press "Enter" to skip to content

10 ayda qaz ixracı 4,6 faiz artıb

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”,1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub: “Ötən ilin müvafiq dövrünə nisbətən1,4 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 20,7milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Avropaya 10,6milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə1,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub”.

Məlumatda deyilir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1noyabr 2024-cü il tarixinədək 646,6 milyon tonneft (qaz kondensatı ilə birlikdə), 459,2milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7milyon ton neft,227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb.

Bu yataqlardan 1 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və165,8 milyard kubmetr qaz ixraca nəql edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.