Son yeniləmə: 16 Noyabr 2024 18:52
BAYRAQDAR MEDİA – ABŞ Konqresi Nümayəndələr palatasının üzvü Frenk Pallone COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibində Azərbaycana yollandığını açıqlayıb.
Sözügedən şəxs özünün X hesabında yazıb: “Amerika Birləşmiş Ştatları getdikcə pisləşən iqlim böhranına qarşı qlobal mübarizədə lider olaraq qalmalıdır. İndi mən həmişəkindən də çox Amerikanın hələ də bu mübarizədə olduğunu göstərmək üçün COP29 iqlim konfransında iştirakımı gözləyirəm”.
Frenk Pallonenin fəaliyyəti ilə yaxından tanış olan siyasi şərhçi Azər Həsrət ona eyni sosial mediada belə cavab verib: “Mən sizə Azərbaycanın azad edilmiş ərazilərinə getməyi və görməyi məsləhət görərdim. Cənab Pallone, siz erməni işğalçılarının Qarabağda nə etdiyini görməlisiniz”.
Qeyd edək ki, Frenk Pallone açıq erməni təbliğatçısı olmaqla özünün Azərbaycanlılar da daxil olmaqla türklərə qərəzini heç vaxt gizlətmir. Onun Azərbaycana səfəri də COP29-dan daha çox erməni marağına hesablanmış ola bilər. O baxımdan, Azər Həsrətin fikrincə, Azərbaycan tərəfi bu şəxsin səfərinə təmkinlə yanaşmalı, onun təxribat xarakterli davranışlarını indiki halda yumşaq qarşılamalıdır.
İlk şərhi yaza bilərsiniz