Press "Enter" to skip to content

“Schneider Electric” şirkətinin nümayəndələri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 16 Noyabr 2024 07:36

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pantilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, yaşıl enerji təhlükəsizliyi tədbirləri, yaşıl keçid layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.