Press "Enter" to skip to content

Şəffaflıq hesabatlarının hazırlanması ilə bağlı tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində “Avrasiya, Asiya və Qafqazda İkiillik Şəffaflıq Hesabatları”nın (BTR) hazırlanması üzrə ən yaxşı təcrübələr mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin məqsədi iştirakçıların müvafiq sahədə biliklərini artırmaq, etimad mühitinin yaradılmasına nail olmaqla iştirakçı ölkələri 31 dekabr 2024-cü il tarixinədək ilk BTR hesabatlarını tamamlamağa təşviq etməkdir. Tədbirdə BTR hesabatlarını yekunlaşdıraraq UNFCCC Katibliyinə təqdim etmiş ölkələrin nümayəndələri tərəfindən ən yaxşı təcrübələr, uğur hekayələri haqqında təqdimatlar dinlənilib, texniki çətinliklərin həlli, praktik yollar və mümkün çeviklik barədə sual-cavab sessiyası təşkil olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.